İsrailin ölkəmizdəki səfiri Ronen Kraus Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində videotəbrik ünvanlayıb.


 


Sfera.az xəbər verir ki, səfirliyin “X” sosial şəbəkə hesabında paylaşılmış təbrikdə deyilir:


 


“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Sizə daim birlik, rifah və əmin-amanlıq arzulayıram. Azərbaycan və İsrail xalqları arasında qurulmuş dostluq və qardaşlıq münasibətləri daim möhkəm olacaq”.