Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.


 


“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.


 


Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


 


Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


 


Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.