Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.


 


Sfera.az Report-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.


 


Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.


 


Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


 


Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.