Türkiyənin Çanaqqala bölgəsində baş verən hadisə sosial mediada trend mövzusuna çevrilib. Gelibolu rayonundakı Bayramiç kəndindəki "inadkarlıq" məsələsi müzakirə mövzusu olaraq qalır. Belə ki, Bayramiç Kənd Muxtarı İdarəsi kənd qəhvəxanası üçün açıq tender keçirib.
Sfera.az bildirir ki, dörd kəndlinin inadkarlığı nəticəsində tender qiyməti ayda 126000 lirəyə (təqribi 5 min Azn) yüksəlib. Əvvəllər cəmi 4000 lirə (158 Azn) kirayə haqqı olan qəhvəxana üçün aylıq 126000 lirə kirayə haqqının ödəniləcəyi qəbul edilsə də, muxtarlıq idarəsi tenderin ləğv edildiyini və yeni tender keçiriləcəyini açıqlayıb.
Kənd qəhvəxanası üçün ayda 15-20.000 Türk Lirəsi dəyərində olması gözlənilən aylıq 126.000 Türk Lirəsi kirayə təklifi edilib və tender bu qiymətə bağlanıb.
İnadkarlıq nəticəsində kirayə qiymətinin həddindən artıq artmasına kənd muxtarı müdaxilə edib. Kənd muxtarı Əziz Koç tenderi ləğv etdiyini açıqlayıb.
Tenderdən əvvəl qəhvəxananın kirayə haqqının cəmi 4000 Türk Lirəsi olduğu bildirilib.
Kənd başçısı Əziz Koç kənddə qastronomiya, təbiət idmanı və ya heyrətamiz təbii gözəllik kimi heç bir diqqətəlayiq xüsusiyyətin olmadığını bildirərək deyib:
“Açıq hərrac keçirdik. Hətta Çanaqqala sahilində belə, bu qiymətə mağaza yoxdur. Hərracda dörd kəndli iştirak etdi. Hərrac zamanı aralarında rəqabət yarandı və inadkarlıqları nəticəsində qiymət 126.000 Türk Lirəsinə qalxdı. Lakin, onların ödəmə qabiliyyəti və biznesdən gəlir əldə etmək imkanları olmadığı üçün hərracı ləğv etdik”.
Aynil