Türkiyənin “Qalatasaray” klubunun unudulmaz futbolçularından, idman yazarı və şərhçi Gökmen Özdenak 78 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə “Qalatasaray” klubu məlumat yayıb.
Gökmen Özdenak son günlər ürək problemi səbəbindən xəstəxanaya yerləşdirilib, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.