Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində, avtomobil yolunda baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.


 


Qəza nəticəsində 7 yaşlı Nihat Məsimov aldığı xəsarətlərdən vəfat edib.


 


Faktla bağlı cinayət işi başlanılıb.