Bu gündən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.


 


Sfera.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.


 


Sənədə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı göstərilən dərəcələrlə tutulacaq.


 


2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:


 





Vergi tutulan aylıq gəlirin məbləği
Verginin dərəcəsi
 
 
 
 
 


2500 manatadək
3 faiz
 
 
 
 
 
 


2500 manatdan 8000 manatadək
75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi


8000 manatdan çox olduqda
625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz
 



 


2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aşağıdakı cədvələ uyğun olaraq:


 


 





Vergi tutulan aylıq gəlirin məbləği
Verginin dərəcəsi
 
 
 
 
 


2500 manatadək
5 faiz
 
 
 
 
 
 


2500 manatdan 8000 manatadək
125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi


8000 manatdan çox olduqda
675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
 



 


2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun olaraq:


 


 





Vergi tutulan aylıq gəlirin məbləği
Verginin dərəcəsi
 
 
 
 
 


2500 manatadək
7 faiz
 
 
 
 
 
 


2500 manatdan 8000 manatadək
175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi


8000 manatdan çox olduqda
725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi
 



 


Mövcud qanunvericiliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:





Vergiyə cəlb edilən aylıq gəlir
Verginin dərəcəsi
 
 


8000 manatadək
0 faiz
 
 
 


8000 manatdan çox olduqda
8000 manatdan çox olan məbləğin 14 faizi



//modern.az