2026-cı ilin 1 yanvar günü astroloji baxımdan yenilənmə, ruhi balans və gələcək planları formalaşdırmaq üçün əlverişli zaman kimi qiymətləndirilir. 


 


Sfera.az xəbər verir ki, ilin ilk günü tələsik qərarlar üçün deyil, daha çox düşünülmüş addımlar, məqsəd və niyyətlərin müəyyənləşdirilməsi üçün münasib olacaq.

Bu gün xüsusilə Qoç, Buğa, Əkizlər, Xərçəng, Tərəzi və Oğlaq bürcləri üçün şanslı hesab olunur. Bu bürclər həm şəxsi, həm də iş sahəsində pozitiv inkişaflarla qarşılaşa bilər.


 


Astroloji şərhlərə görə, bu tarixdə emosional sabitlik, daxili harmoniya və yaradıcı düşüncə yüksələcək. Özünə vaxt ayırmaq, hədəfləri yazmaq və yeni başlanğıclara psixoloji hazırlıq görmək tövsiyə olunur.

Eyni zamanda proqnozlara görə, bəzi bürclər üçün karyera sahəsində irəliləyiş, yeni imkanlar və gözlənilməz xoş xəbərlər mümkündür. Günün enerjisi iş həyatında praktik yanaşma və balanslı qərarların lehinədir.


 


Həmçinin xəbərdarlıq edilir ki, yeni ilin ilk günündə enerjinin düzgün idarə olunması vacibdir, artıq yüklənmə yorğunluq və emosional dalğalanma yarada bilər. Buna görə istirahət və bədənə qulaq asmaq xeyirlidir.




Fidan Hacızadə

Sfera.az