Gənclər arasında yoğun bağırsaq xərçəngi hallarının sürətlə artması narahatedici məqamları ortaya çıxarıb.
Sfera.az xəbər verir ki, uzun müddət xəstəliyin əsasən həyat tərzi və yetkinlik dövründə formalaşan vərdişlərlə əlaqəli olduğunu düşünsələr də, yeni məlumatlar riskin daha erkən hətta ana bətnindən və uşaqlığın ilk illərindən qaynaqlandığını göstərir.
Son illərdə dünya üzrə 50 yaşdan aşağı insanlarda yoğun bağırsaq xərçəngi hallarında əhəmiyyətli artım qeydə alınıb. Bu tendensiya tədqiqatçıları erkən həyat amillərinin rolunu daha dərindən araşdırmağa sövq edib.
Bildirilir ki, genetik faktorlarla yanaşı, uşaqlıq dövründə qidalanma, bağırsaq mikrobiomu, ətraf mühitə məruz qalma və hətta hamiləlik müddətində ananın həyat tərzi gələcəkdə xərçəng riskini müəyyən edə bilər.
Fidan Hacızadə
Sfera.az