Azərbaycan aviaşirkətləri 2025-ci ilin 11 ayı ərzində Ermənistan hava məkanı üzərindən uçuşlar üçün təxminən 400.000 avro (təxminən 740.000 manat) ödəyib.


 


Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.


 


“Armaeronaviqasiya” QSC 2025-ci il yanvarın 1-dən noyabrın 30-dək olan dövr üçün 396.282 avro (təxminən 733.000 manat) alıb. Daha 3,4 milyon avro (təxminən 6,3 milyon manat) Türkiyə aviaşirkətləri tərəfindən köçürülüb. ER Mülki Aviasiya Komitəsi də bildirib ki, qeyd olunan məbləğlərin köçürülməsi müəyyən edilmiş prosedura uyğun olaraq Eurocontrol təşkilatının Mərkəzi Yol Yığımı Ofisi vasitəsilə həyata keçirilib.


 


Qeyd etmək lazımdır ki, 2023-cü ildə Azərbaycan aviaşirkətləri Ermənistana Naxçıvana və əks istiqamətdə uçuşlar üçün təxminən 90 min avro (təxminən 167.000 manat) ödəyib. Daha sonra üçüncü ölkələrə uçuşlar üçün Ermənistan hava məkanından istifadə etməyə başlanılıb.


 


Firuzə Əliyeva

Sfera.az