Fransada Yeni il şənlikləri zamanı 800-dən çox avtomobil yandırılıb.
Sfera.az AFP-yə istinadən xəbər verir ki, "Milad paytaxtı" olan Strasburqda 117 avtomobil yandırılıb.
Paytaxtı Lion olan Ron departamentində 82, Paris ətrafındakı Val-d'Uaz departamentində isə 36 avtomobil yandırılıb.
Esson, İvelin, Mozel, İzer və Luara-Atlantikdə də təxminən 30 avtomobil yandırılıb.