Qeyri-sabit hava şəraiti ilə əlaqədar Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarının avtomobil yollarında qismən çətinliklər yaranıb.
Sfera.az xəbər verir ki, qarın yağması və bəzi yolların buz bağlaması səbəbindən nəqliyyat vasitələrin hərəkətində qismən çətinliklər olub.
Avtomobil yollarında təhlükəsizliyin qarşısını almaq məqsədilə Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejiminə çalışırlar./report