Danimarkanın “TV2” televiziya kanalının məlumatına görə, ölkənin Baş naziri Mette Frederiksen Yeni il müraciətində hakimiyyəti dövründə yol verdiyi səhvləri etiraf edib və 2026-cı ildə keçiriləcək parlament seçkilərində qələbə qazanacağına dair şübhələrini ifadə edib.
Sfera.az xəbər verir ki, baş nazir ölkəni idarə edərkən verdiyi bəzi qərarların düzgün olmadığını etiraf edib.
O, xüsusilə ictimaiyyətin narahatlıqlarını, o cümlədən ərzaq qiymətlərinin artımı ilə bağlı səsləndirilən fikirləri kifayət qədər diqqətlə dinləmədiyini bildirib.
Frederiksen Yeni il müraciətinin əvvəlində bu çıxışın onun baş nazir kimi xalqa ünvanladığı son müraciət ola biləcəyini də qeyd edib. Bu açıqlama Danimarka siyasi gündəmində geniş müzakirələrə səbəb olub.
Niyaz Hacıyev
Sfera.az