İki gündür davam edən güclü küləklə əlaqədar Bakıda bir neçə ağac sınıb. 


 


Sfera.az Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə istinadən xəbər verir ki, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.


 


Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülüb, ərazi təmizlənib.