ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etirazlar güc tətbiq edilməklə yatırılarsa, Vaşinqton ora müdaxilə edə bilər.


 


Sfera.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb.


 


"Əgər İran dinc nümayişçilərə atəş açıb və onlarla amansız davranarsa, ABŞ onlara kömək edəcək. Biz silahlanmışıq və döyüşə hazırıq", - D.Tramp yazıb.


 


Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar beş gündür kütləvi etiraz aksiyaları keçirilir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlər və yaralananlar var.


 


Niyaz Hacıyev


Sfera.az