Avropa İttifaqı ölkəsi Bolqarıstan milli valyutası levdən avroya keçib.


 


Sfera.az xəbər verir ki, Bolqarıstan 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür.


 


Təxminən 19 il sonra ölkə avrozonaya inteqrasiyasını başa çatdırıb.


 


Bolqarıstan levinin sabit məzənnəsi avroya 1,95583 olaraq müəyyən edilib və bu, onu avrozonada 21-ci ölkə edir.


 


Qeyd edək ki, Avropa İttifaqı Şurası Bolqarıstanın avrozonaya daxil olması ilə bağlı qərarı 8 iyulda təsdiqləyib./teleqraf