İtaliyalı qolfçu Emanuele Qaleppini İsveçrənin Kran-Montana kurortunda barda baş verən yanğında ölüb.
Sfera.az xəbər verir ki, bu barədə İtaliya Qolf Federasiyası məlumat yayıb.
Qeyd edək ki, Yeni il gecəsi İsveçrənin Kran-Montana kurortunda barda partlayış olub. Hadisə nəticəsində təxminən 40 nəfər ölüb, 115 nəfər ağır yaralanıb.