"Oskar" mükafatı laureatı, aktyor Tommi Li Consun qızının ABŞ-də hoteldə ölümünün təfərrüatı məlum olub.
Sfera.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, 34 yaşlı Viktoriya Consun cəsədi San-Fransisko şəhərində hotelin 14-cü mərtəbəsində qonaqlardan biri tərəfindən tapılıb. İşçilər dərhal təcili yardım çağırıb və onu həyata qaytarmağa çalışıblar, lakin cəhdlər uğursuz olub.
Polis aktrisanın ölümünün zorakılıq nəticəsində olmadığını açıqlayıb. Polislər onun bədənində heç bir xəsarət və ya narkotik istifadəsinin əlamətləri aşkar etməyiblər. Hazırda istintaq davam edir. Consun hotelin qonağı olub-olmadığı məlum deyil.
Qeyd edək ki, aktrisa 2002-ci ildə atasının da iştirak etdiyi "Men in Black 2" filmində kiçik bir rol oynayaraq ekranda debüt edib.