Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin yeni rəhbəri məlum olub.


 


Sfera.az trend-a istinadla bildirir ki, bununla bağlı Ukrayna prezidenti Volodimir Zelenski fərman imzalayıb.


 


Fərmana əsasən, Kirill Budanov Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad edilib. Digər fərmanla K.Budanov Volodimir Zelenskinin ofisinin rəhbəri vəzifəsinə təyin edilib.