Bakıda avtotəmir sexlərinin birində ölüm hadisəsi baş verib.


 


Sfera.az xəbər verir ki, yanvarın 2-si saat 13 radələrində paytaxt sakini 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov işlədiyi Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində qəfil vəfat edib.


 


Onun infarktdan dünyasını dəyişdiyi bildirilib.


 


Araşdırmalar aparılır.