ABŞ ordusu Venesuelanın paytaxtı Karakasda baş verən partlayışlarda ABŞ qoşunlarının iştirakı ilə bağlı şərh verməkdən imtina edib.
Sfera.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti yazıb.
"Vaşinqtondakı ABŞ hərbi sözçüsü Karakasda baş verən partlayışlar barədə məlumatlardan xəbərdar olduğunu, lakin ABŞ-nin iştirakı ilə bağlı şərh verməkdən imtina etdiyini söylədi", - açıqlamada bildirilir.
Qeyd edək ki, “CBS News” ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini yazıb.
ABŞ hökumətindən isə hələlik rəsmi şərh verilməyib.
Firuzə Əliyeva
Sfera.az