ABŞ Prezidenti Donald Tramp Venesueladakı hədəflərə, o cümlədən hərbi hədəflərə zərbələr endirmək əmri verib.
Sfera.az xəbər verir ki, bu barədə "CBS News" nəşri məlumat yayıb.
Artıq Venesuella paytaxtında partlayışlar eşidilir.
Yaranmış yeni vəziyyətlə əlaqədar olaraq Venesuela Prezidendi Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edib.
Fövqəlada vəziyyətin elan edilməsi xəbərini Venesuela xarici işlər naziri İvan Gil Pinto məlumat yayıb.
O bildirib ki, Prezident Nikolas Maduro ölkəsinə hücumla əlaqədar fövqəladə vəziyyət elan edilməsi ilə bağlı fərman imzalayıb.
Pinto qeyd edib ki, Venesuela ABŞ-nin hərbi təcavüzünə məruz qalıb, ABŞ Karakasda mülki və hərbi obyektlərə hücum edib.
“Venesuela dövləti öz xalqını və müstəqilliyini qorumaq üçün qanuni özünümüdafiə hüququnu saxlayır”, - XİN rəhbəri qeyd edib.
Firuzə Əliyeva
Sfera.az