Kolumbiya Prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.


 


Sfera.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.


 


"Kolumbiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvüdür və iclas dərhal çağırılmalıdır. Venesuelaya qarşı təcavüzün beynəlxalq qanuniliyi təsdiqlənməlidir", - o qeyd edib.


 


Petro həmçinin Amerika Dövlətləri Təşkilatının iclasının çağırılmasının zəruriliyini də açıqlayıb.




Onun sözlərinə görə, Venesuela raket hücumlarına məruz qalıb.


 


Daha əvvəl media orqanları Venesuelanın paytaxtı Karakasda bir sıra partlayışlar və alçaqdan uçan təyyarələrin səsləri barədə məlumat vermişdi.




Firuzə Əliyeva

Sfera.az