Anjelina Coli Misir-Qəzza sərhədini ziyarət edib. 


 


Sfera.az "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, Ancelina Coli cümə günü Qəzza sakinlərinə humanitar səfər çərçivəsində Misir tərəfindəki Rəfah sərhəd keçid məntəqəsinə baş çəkib. 


 


Məlumata görə, amerikalı aktrisa Qəzzadan yaralı fələstinlilərin vəziyyətini yoxlamaq və mühasirədəki anklava yardım çatdırılması işini qiymətləndirmək üçün səfərdə iştirak edib. 


 


Coliyə beynəlxalq humanitar səylərdə iştirak etmək və yardımın çatdırılmasını təmin etmək üçün ABŞ Dövlət Departamentinin nümayəndəsi, eləcə də Şimali Sinay qubernatoru və Misir İmmiqrasiya Naziri müşayiət edib. 


 


Qeyd edək ki, Coli humanitar fəaliyyəti ilə tanınır və əvvəllər dünyada humanitar problemlərin həllinə böyük sədaqət nümayiş etdirib. Qəzza xalqı İsrailin Qəzza zolağında iki illik müharibəsi nəticəsində çox ağır vəziyyətdədir. Müharibə nəticəsində əsasən mülki şəxslər olmaqla 70 mindən çox insan həlak olub və infrastruktur dağılıb. Misir Rəfah keçid məntəqəsindən Qəzzadan çoxlu qaçqın qəbul edib.


 


Firuzə Əliyeva

Sfera.az