İranın Sistan-Beluçistan əyalətində Pakistanla sərhəddə silahlı qarşıdurma baş verib. İran tərəfinin açıqlamasına görə, sərhəd mühafizəçiləri ilə ölkəyə daxil olmağa çalışan terrorçular arasında silahlı qarşıdurma olub.
Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, İranın Sistan-Beluçistan Sərhəd Mühafizləri Komandanı Rza Şecai bildirib ki, hadisə Seravan şəhərində qeydə alınıb. Toqquşma zamanı terrorçular ağır itkilər verib, qaçan şəxslər isə arxada çoxsaylı silah və sursat qoyublar.
O, əməliyyat zamanı 4 ədəd “Kalaşnikov”, 1 ədəd tapança, 10 ədəd “SPG-9” mərmisi, 2 ədəd əl bombası, 3 ədəd “RPG-7” mərmisi, 240 ədəd “Düşka” mərmisi, 20 ədəd “snayper”, 232 ədəd “Grenov” avtomatı, 132 ədəd Kalaşnikov başlığı, 10 ədəd Kalaşnikov cihazı və 1 ədəd tapança cihazı ələ keçirildiyini açıqlayıb.
Qeyd edək ki, İran tərəfindən terror təşkilatı elan edilmiş “Ceyşül Adl” qruplaşması ölkədəki Süni Beluç xalqının hüquqlarını müdafiə etdiyini iddia edərək xüsusilə cənub-şərq bölgəsində silahlı mübarizə aparır.
Bu hadisə İran-Pakistan sərhədində təhlükəsizlik vəziyyətinin gərgin olduğunu bir daha göstərib.
Bəsti Rəfizadə
Sfera.az