ABŞ Prezidenti Donald Tramp Çinlə bağlı milli təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Nyu-Cersi ştatında yerləşən aerokosmik və müdafiə şirkəti "Emcore"un aktivlərinin alınmasını bloklayıb.


 


Sfera.az xəbər verir ki, Ağ Ev tərəfindən yayılan sərəncama əsasən, Amerika fotonika şirkəti "HieFo Corp" tərəfindən həyata keçirilməsi planlaşdırılan 3 milyard dollarlıq sövdələşməyə icazə verilməyib.


 


Tramp bildirib ki, "HieFo" şirkəti Çin Xalq Respublikasının vətəndaşı tərəfindən idarə olunur. Onun sözlərinə görə, 2024-cü ildə "Emcore" aktivlərinin əldə edilməsi ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid yarada bilər. Sərəncamda konkret şəxsin adı və ya narahatlıqların detalları açıqlanmayıb.


 


Prezidentin göstərişinə əsasən, HieFo şirkəti 180 gün ərzində Emcore aktivləri üzərindəki bütün maraq və hüquqlardan imtina etməlidir.


 


Maliyyə Nazirliyi isə ABŞ Xarici İnvestisiyalar Komitəsinin araşdırması nəticəsində sövdələşmənin milli təhlükəsizlik riski yaratdığını açıqlayıb.


 


Qeyd edək ki, müqavilə bağlandığı dövrdə "Emcore"un çip biznesi və indium fosfid lövhəsi istehsal əməliyyatları "HieFo" tərəfindən 2,92 milyon dollara satın alınmışdı. Şirkət o vaxt "Emcore"un mühəndislik üzrə keçmiş vitse-prezidenti "Genzao Zhang" və keçmiş baş satış direktoru "Harry Moore" tərəfindən həmtəsis edilmişdi.


 


Firuzə Əliyeva

Sfera.az