Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.


 


Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.


 


Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.


 


“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.