Kolumbiya prezidenti ehtiyatlı olmalıdır.


 


Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.


 


Tramp vurğulayıb ki, kokain Kolumbiyadakı zavodlarda istehsal olunur və daha sonra ABŞ-a göndərilir:


 


"Ona görə də Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır".


 


Tramp Kuba barədə də danışıb. O, bu ölkənin hələ də uğursuz ölkə olduğunu söyləyib:


 


“Biz Kubada yaşayan insanlara kömək etmək istəyirik. Kuba məsələsi Venesueladakı vəziyyətlə çox bənzərdir”.


 


ABŞ lideri bildirib ki, Kubaya hərbi əməliyyat planlaşdırmır:


 


"Bu ölkənin vəziyyəti çox pisdir. Öz-özünə çökəcək".


 


Qeyd edək ki, ötən gün ABŞ ordusu Karakasa zərbə endirib və ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.