“Barselona” La Liqada qol seriyasını 39 oyuna çatdırıb.


 


Sfera.az xəbər verir ki, yanvarın 3-də “Barselona” 18-ci turda “Espanyol”a qalib gəlib – 2:0.


 


“Barsa”nın sonuncu dəfə meydanı qol vurmadan tərk etməsindən bir ildən çox keçib – 15 dekabr 2024-cü ildə (“Leqanes” ilə oyun 0:1).


 


O vaxtdan bəri “Barselona” ardıcıl 39 liqa oyununda qol vurub ki, bu da Avropanın top-5 liqalarında ən yaxşı göstəricidir. Bu müddət ərzində katalonlar 105 qol vurublar.