Britaniyanın “The Guardian” qəzetinin köşə yazarı Şon Uolkerin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski 2026-cı ili ölkədə münaqişənin başlanmasından bəri ən çətin il edə biləcək ciddi çətinliklərlə üzləşir.
Sfera.az xəbər verir ki, Uolkerin məqaləsinə görə, ukraynalılar elektrik enerjisinin kəsildiyi daha bir qışı yaşayırlar və cəmiyyətdə getdikcə yorğunluq hissi artır. “Hiss olunur ki, tezliklə fasiləyə ehtiyac var. Ukrayna özünü yorğun hiss edir”, – deyə o vurğulayıb. Yazarın fikrincə, 2019-cu ildə beş illik müddətə prezident seçilən Zelenski artıq yeddi ildir vəzifədədir və bu səbəbdən təkcə Avropada deyil, Kiyevin özündə də ciddi siyasi təzyiqlərlə üzləşir. Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb. Həmin vaxtdan bəri ölkədə prezident seçkiləri keçirilməyib.
Zelenskinin özü legitimlik məsələsinin onu maraqlandırmadığını bəyan edib. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Zelenskinin legitimlik müddəti başa çatıb və bu səbəbdən Kiyevdə hüquqi baxımdan məcburi sənədləri imzalamaq üçün kiminlə işləməyin mümkün olduğu sual altındadır. Putinin sözlərinə görə, hazırkı Ukrayna rəhbərliyi qeyri-legitimdir və bu vəziyyət istənilən mümkün danışıqların nəticələrini hüquqi mübahisə predmetinə çevirə bilər.
Niyaz Hacıyev
Sfera.az