Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.


 


Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.


 


K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.


 


Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


 


Qeyd edək ki, hadisə barədə ilk məlumatı Bakupost.az yayıb.