Sağlam həyat tərzi sürmək və artıq kaloriləri yandırmaq istəyənlər üçün fitness mütəxəssisləri ən əyləncəli və effektiv məşqləri tövsiyə edir.
Sfera.az xəbər verir ki, monoton idman proqramları ilə yanaşı, əyləncəli hərəkətlər də bədənin enerji sərfini artırır və kiloverməyə kömək edir. Ən çox kalori yandıran 7 məşq belə sıralanır: rəqs (xüsusən Zumba və Hip-Hop), trampolində sıçrama, squat(çömbəlmək), suda aerobika və su oyunları, velosiped sürüşləri, qrup idman oyunları (futbol, basketbol, voleybol) və döyüş idmanları (Kikboksinq, karate, Muay Tay).
Hər bir məşq həm bədənin müxtəlif əzələlərini işə salır, həm də yüksək intensivliklə kaloriyanı tez yandırır. Məsələn, 1 saat rəqs sessiyası 400-600 kalori, su aerobikası isə 500-dən çox kalori sərf etməyə imkan verir. Araşdırmamız nəticəsində məlum olub ki, temp və əyləncəli elementlərə malik məşqlər yalnız kalori yandırmaqla kifayətlənmir, eyni zamanda motivasiyanı artırır və məşqə sadiqliyi təmin edir. Artıq kilo vermək və forma qorumaq istəyənlər məşqləri əyləncəli hala gətirməklə həm zehni, həm də fiziki sağlamlığı eyni anda dəstəkləyə bilərlər.
Niyaz Hacıyev
Sfera.az