Macarıstan 2026-cı ildə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gəlmək məqsədilə Budapeştdə görüşəcəyini gözləyir.


 


Sfera.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən geniş mətbuat konfransında məlumat verib.


 


“Ümid edirik ki, Ukraynadakı müharibə 2026-cı ildə başa çatacaq. Daha sonra ABŞ və Rusiya prezidentləri planlaşdırıldığı kimi Budapeştdə sülh müqaviləsi bağlamaq üçün görüşə biləcəklər”, – deyə Orban macar və xarici jurnalistlərin suallarını cavablandırarkən bildirib.


 


Eyni zamanda, baş nazir vurğulayıb ki, Macarıstan Vladimir Putinin ölkəyə ayrıca səfərini hazırda gözləmir. “İndi buna ehtiyac yoxdur”, – deyə Orban əlavə edib.


 


Niyaz Hacıyev


Sfera.az