Ağdam sakini Xocalıda elektrik cərəyanı vurması nəticəsində ölüb.


 


Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Xocalı rayon ərazisində baş verib.


 


Ağdam rayon Kol Qışlaq kənd sakini 1973-cü il təvəllüdlü Əliyev Nüşrəvan Əvəz oğlu Xocalı rayon ərazisində təmir bərpa işi görən zaman elektrik cərəyanı vurub.


 


Baş verən hadisə zamanı N.Əliyev hadisə yerində həyatını itirib.


 


Faktla bağlı araşdırma başlanıb.