Xəbər verdiyimiz kimi, Venesuelanın paytaxtı Karakasda ən azı yeddi yerə eyni vaxtda hücumlar həyata keçirən ABŞ qüvvələri əməliyyat zamanı Prezident Nikolas Maduro və həyat yoldaşını saxlayıb. Məsələ ilə bağlı açıqlamasında Tramp deyib: "ABŞ Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı genişmiqyaslı hücum həyata keçirib.  Maduro və həyat yoldaşı tutulub ölkədən çıxarılıb". 


 


Sfera.az bildirir ki, digər ölkələri də tənbeh edən Tramp +18 açıqlamaları ilə diqqət çəkib. O, əsasən Kuba və Kolumbiyanı hədəf alıb.


 


Tramp açıq şəkildə Kolumbiyanı təhdid edib. 


 


ABŞ Prezidenti Donald Tramp əməliyyatı Venesuela ilə məhdudlaşdırmayaraq, Kolumbiyanı da gündəliyinə daxil edib.


 


 


Tramp Kolumbiya prezidenti Qustavo Petronu tənqid edərək, ölkənin narkotik qaçaqmalçılığında iştirak etdiyini iddia edib. Petronun kokain istehsal etdiyini və ABŞ-a göndərdiyini iddia edən Tramp, "Kolumbiya prezidenti Qustavo Pedronun kokain fabrikləri var və o, diqqətli olmalıdır. Yaxşı olar ki, öz (bədən əzasını) qorusun”-deyə o bildirib.




 

Kuba ilə bağlı təhdidlərini davam etdirən Tramp: "Bundan əlavə, tezliklə Kuba haqqında tədbir görəcəyik. Onlar çox pis idarə olunurlar. Uğursuz bir millət. Biz Kubadakı insanlara; həmçinin Kubadan qaçmağa məcbur olan insanlara kömək etmək istəyirik"-deyə əlavə edib.


 


Aynil