Prezident Donald Tramp Venesueladakı vəziyyətə ölkənin müdaxiləsinə nəzarət edəcək ABŞ rəsmilərinin adlarını açıqlayıb.
Sfera.az xəbər verir ki, o bu barədə “NBC News”a verdiyi müsahibədə bildirib. Buna uyğun olaraq, ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, Ağ Ev aparatının rəis müavini Stiven Miller və ABŞ vitse-prezidenti Ceyms Devid Vens Venesuelanın idarə olunmasında iştirak edəcəklər.
Lakin sonda kimin rəhbərlik edəcəyi soruşulduqda, Tramp bir sözlə cavab verib: "Mən".
Eyni müsahibədə ABŞ prezidenti əlavə edib ki, ABŞ-nin keçmiş prezident Nikolas Maduronu həbs etməsindən sonra prezident səlahiyyətlərini icra edən Venesuela vitse-prezidenti Delsi Rodrigez ABŞ rəsmiləri ilə əməkdaşlıq edir. Lakin Amerika lideri qeyd edib ki, ABŞ-nin Venesueladakı əməliyyatından əvvəl Rodrigezlə heç bir əlaqəsi olmayıb. Bundan əlavə, ABŞ prezidenti Rodrigez ABŞ ilə əməkdaşlığı dayandırarsa, Venesuelaya ikinci hərbi müdaxilə edə biləcəyinə işarə edib.
Firuzə Əliyeva
Sfera.az