Rusiyada Kamçatkanın cənub-şərq sahilindəki Sakit okean akvatoriyasında 4,8 maqnitudalı zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.


 


"Koordinatlar: 52.5777, 159.2458... Maqnituda (Ml): 4,8", - məlumatda deyilib.


 


Yeraltı təkanın episentri Petropavlovsk-Kamçatskidən 69 kilometr məsafədə olub, ocağı 39,7 kilometr dərinlikdə yerləşib.


 


Məlumata görə, Petropavlovsk-Kamçatskinin əsas ərazisində zəlzələ 4 bala qədər, bəzi rayonlarda isə 5 bala qədər hiss edilib.