ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Parisdə Ukraynaya dəstək məqsədilə keçiriləcək “könüllülər koalisiyası”nın iclasında iştirak edəcəklər.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, ABŞ nümayəndələri ilk dəfə olaraq Paris və Londonun təşəbbüsü ilə 2025-ci ilin yazında yaradılan “könüllülər koalisiyası”nın iclasında şəxsən təmsil olunacaqlar.
İclasda Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniya Kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corco Meloni, Kanadanın Baş naziri Mark Karni və Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edəcək.
Görüşdə təklif olunan atəşkəsin parametrləri, mümkün pozuntulara cavab mexanizmləri, həmçinin Ukraynanı dəstəkləmək üçün çoxmillətli qüvvələrin yerləşdirilməsi ehtimalı müzakirə olunacaq. Fransa Prezidentinin müşavirlərindən biri bildirib ki, qoşunların yerləşdirilməsi ilə bağlı yalnız hərbi sirrin icazə verdiyi məlumatlar açıqlanacaq.
Bəsti Rəfizadə
Sfera.az