Maskata səfəri çərçivəsində Leyla Əliyeva Sultan Qabus Böyük Məscidini də ziyarət edib.



 


Sfera.az xəbər verir ki, mərhum Sultan Qabus bin Səidin təşəbbüsü ilə inşa edilən və 2001-ci ildə açılan məscid ölkənin ən möhtəşəm dini-memarlıq abidələrindən biridir.

 


Təxminən 20 min nəfərin ibadət edə bildiyi məscid Maskatın memarlıq rəmzinə çevrilib.