ABŞ Prezidenti Donald Trampın reytinqi 42%-ə yüksəlib.


 


Sfera.az xəbər verir ki, bu barədə “Ipsos” və “Reuters” sorğu aparıb. Sorğu 4-5 yanvar tarixlərində 1248 amerikalı yetkin arasında keçirilib. Səhv ehtimalı təxminən üç faiz olub. Bildirilib ki, nəticələr onun 2025-ci ilin oktyabr ayından bəri ən yüksək dəstəyidir. Agentliyin məlumatına görə, Trampın təsdiq reytinqi 42% təşkil edir ki, bu da dekabr ayında keçirilən sorğuda göstərilən 39%-dən yüksəkdir.


 


Sorğu həmçinin müəyyən edib ki, respondentlərin üçdə biri ABŞ-nin Venesuelaya hücumlarını təsdiqləyib, 72%-i isə ABŞ-nin bu Latın Amerikası ölkəsinin işlərinə həddindən artıq müdaxilə edə biləcəyindən narahatlığını bildirib.


 


Firuzə Əliyeva


Sfera.az