Sözügedən adada əsrlər boyu dünyanın heç bir yerində olmayan unikal diplomatik ənənə var.


 




Belə ki, xəritədə kiçik bir nöqtə kimi görünən Qırqovul Adası hər il iki fərqli ölkənin idarəçiliyi altında olur. 


 


Sfera.az bildirir ki, cəmi 200 metr uzunluğunda olan bu kiçik torpaq sahəsi ildə iki dəfə ölkə dəyişir. Təqvimdə 1 Fevral göstəriləndə ada İspaniyaya, 1 Avqustda çatanda isə Fransaya məxsus olur. 


 


Bidasoa çayının ortasında yerləşən bu kiçik ada nə tamamilə İspaniya, nə də tamamilə Fransa ərazisidir. 1659-cu ildə Pireney müqaviləsi ilə müəyyən edilmiş bu vəziyyət, Qırqovul Adasını "dəyişkən suverenliyə" malik yeganə quru ərazisinə çevirir.


 


Bayraq hər altı aydan bir dəyişir


 


Ada 1 fevral - 31 iyul tarixləri arasında İspaniya idarəçiliyi, 1 avqust - 31 yanvar tarixləri arasında isə Fransa idarəçiliyi altındadır. Hər altı aydan bir hər iki ölkənin yerli hakimiyyət orqanları və dəniz nümayəndələri rəsmi bayraq mübadiləsi mərasimi üçün adada görüşürlər. Bu ənənə iki ölkə arasında dostluğun maddi simvolu hesab olunur və 365 ildir ki, fasiləsiz davam edir.


 


Adaya giriş mümkün deyil


 


Qırqovul Adasının digər maraqlı xüsusiyyəti onun ziyarətçilər üçün bağlı olmasıdır. Cəmi 200 metr uzunluğunda olan ada ekoloji tarazlığını və diplomatik statusunu qorumaq üçün ictimaiyyət üçün giriş qadağandır. Adanı görmək istəyənlər onu çayın hər iki tərəfindəki İrun və Hendaye şəhərlərindən görə bilərlər.


 


Aynil