Yaponiyada ilin ilk məhsullarının satışa çıxarıldığı ənənəvi hərracda yeni rekord qeydə alınıb. Yaponiyanın şimalında, Yamaqata bölgəsində yetişdirilən məşhur “Sato Nişiki” albalıları rekord qiymətə alıcı tapıb.
Sfera.az xəbər verir ki, cəmi 300 ədəd albalıdan ibarət xüsusi qutu hərracda təxminən 17 min 775 manata satılıb. Bu isə bir albalının qiymətinin orta hesabla 276 manat olması deməkdir.
Qeyd edək ki, premium meyvə hesab edilən “Sato Nişiki” albalıları ötən ilki hərracda təxminən 16 min 827 manata satılmışdı. 2026-cı ilin ilk məhsulu isə bu göstəricini geridə qoyaraq yeni rekord müəyyənləşdirib.
Adətən yay aylarında yetişən bu albalılar Yaponiyada xüsusi, sürətləndirilmiş üsullarla qış aylarında da yetişdirilir və yanvar ayına qədər satışa çıxarılır.
“Status simvolu” sayılan “Sato Nişiki” albalıları əl ilə yığılır, yağışdan qorunması üçün xüsusi metodlar tətbiq edilir və yalnız təbii tozlanma ilə yetişdirilir. Bu səbəbdən onların istehsalı yüksək əmək, vaxt və maliyyə xərci tələb edir.
Aynil