Kareliya Respublikasında (Rusiya) Oneqa gölündə kiçikhəcmli gəmi aşıb, nəticədə üç nəfər xəsarət alıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat verib.


 


"Kareliya Nəqliyyat Prokurorluğu Oyatevşina kəndi yaxınlığındakı Oneqa gölündə gəminin aşması ilə bağlı vəziyyəti araşdırır. İlkin məlumatlara görə, üç yaralı xəstəxanaya yerləşdirilib”, - deyə bildirilib./ axar