ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirməsi qlobal miqyasda ciddi fəsadlara yol aça bilər.
Sfera.az globalinfo.az-a istinadən əbər verir ki, bu barədə siyasi strateq Viktor Kozlov sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu cür addımlar dəhşətli nəticələrə səbəb ola biləcək III Dünya müharibəsinin alovlanmasına təkan verəcək.
Kozlov bildirir ki, ABŞ-ın edəcəyi cüzi bir səhv belə vəziyyəti nəzarətdən çıxara bilər və Rusiya ilə Çin Vaşinqtonun bu davranışlarına dözməyəcək. Onun sözlərinə görə, ABŞ-ın beynəlxalq hüquqa selektiv yanaşması xaos və özbaşınalıq yaradır və uzunmüddətli perspektivdə faciəvi nəticələrə gətirib çıxara bilər.
Siyasətçi vurğulayır ki, böyük münaqişələr çox vaxt gözlənilməz və qəfil hadisələr nəticəsində başlayır. Onun fikrincə, mümkün qlobal qarşıdurma sürətli, qəddar və geri dönüşü olmayan xarakter daşıya, siyasi və humanitar normaları tamamilə arxa plana ata bilər.
“Hətta insanlar belə qəddarcasına öləcək. Belə bir müharibə yeni dünya quruluşu yarada bilər”, – Kozlov əlavə edib.