Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.


 


Sfera.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi "Mersedes Vito" markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Şəmsəddin oğlu Əmirovu vurub.


 


Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.


 


Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.