Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib.


 


Sfera.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.


 


Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib.


 


R.Əlsultanov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.


 


Araşdırmalar aparılır.