Azərbaycanda yanvarın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.


 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi əsəcək, səhər mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.


 


Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.


 


Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


 


Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı ehtimal edilir.