Bu gün Qazax rayonunda yanacaq daşıyan maşın partlayıb.


 


Sfera.az Fövqəlada Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Qazax rayonu, Xanlıqlar kəndində baş verib. 


 


Kənd ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.


 


Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.


 


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


 


Hadisə nəticəsində dünyasını dəyişən şəxs Neft Baza Sahəsində süzücü-tökücü vəzifəsində işləyən, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovdür (APA). O, xidməti vəzifəsini yerinə yetirərkən yanaraq ölüb.