Amerika Birləşmiş Ştatları Venesuelanın müvəqqəti hökumətinə təzyiq göstərir və ölkədə olduğu iddia edilən Rusiya, Çin, İran və Kuba müşavirlərinin çıxarılmasını tələb edir.


 


Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.


 


ABŞ dövlət katibi Marko Rubio 5 yanvarda Konqres liderləri ilə qapalı görüşdə Tramp administrasiyasının Venesuelanın yeni müvəqqəti lideri Delsi Rodrigezə qarşı tələblərini açıqlayıb. Məlumata görə, ABŞ həmin ölkələrdən kəşfiyyat və hərbi personalın çıxarılmasını, bəzi diplomatların isə qalmasına icazə verilməsini istəyir.


 


Rubio daha əvvəl Venesuelanın artıq ABŞ-nin strateji düşmənləri üçün baza kimi xidmət edə bilməyəcəyini bildirmişdi. Vaşinqtonun tələbləri, 3 yanvarda prezident Nikolas Maduroya qarşı ABŞ əməliyyatından sonra irəli sürülüb. Delsi Rodrigezin rəhbərlik etdiyi Venesuelanın yeni rəhbərliyi isə artıq Vaşinqtonla əməkdaşlığa hazır olduğunu bildirib.


 


Niyaz Hacıyev


Sfera.az