Azərbaycanlı atıcı Rəna Əsgərova cəzalandırılıb.


 


Bu barədə Sfera.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.


 


Onun nümunəsində qadağan edilmiş maddə (S4.Hormon və Metabolik Modulyatorlar/ Trizmetazidin) aşkarlanıb.


 


Rəna Əsgərova AMADA tərəfindən üç il müddətinə yarışlardan kənarlaşdırılıb. Onun cəza müddəti 2025-ci ilin iyulun 16-dan hesablanır.